
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda seçkiləri missiyası ikinci hesabatını açıqlayıb.
APA-nın məlumatına görə, hesabatda bildirilir ki, ölkədə seçkiqabağı atmosfer sakitdir: “Seçkilərə ictimai maraq azdır, buna səbəb parlaq rəqabətin olmamasıdır. Seçkilər ərəfəsində yalnız Yeni Azərbaycan Partiyası aktiv kampaniya aparır. Digər namizədlər də təbliğat kampaniyası aparsa da, bu proses aktiv deyil”. Hesabatda qeyd olunub ki, paytaxt rəhbərliyi “Sərbəst toplaşmaq azadlığı haqqında qanun”u əsas gətirərək seçkiləri boykot edən müxalifət partiyalarına Bakının mərkəzində mitinq keçirməyə icazə verməyib: MSK seçkilərə aktiv şəkildə hazırlaşır. Mərkəzi Seçki Komissiyası seçki prosesini daha şəffaf təşkil etmək üçün veb-kameralar quraşdırmağı planlaşdırır. İctimai Televiziya ilə keçirilən mütəmadi debatlar bütün namizədlərə öz platformalarını təqdim etmək imkanı yaradır”. /APA/