 Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, prezident seçkilərində iştirakdan imtina ənənəvi müxalifət daxilində ciddi fəsadların yaranmasına təkan verib. «Bu proses müxalifətin daha da zəifləməsi ilə nəticələnəcək və artıq bunu müşahidə etməkdəyik»,- cümə axşamı Trend News-a YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə son vaxtlar seçkidə iştirakdan imtina edən partiyalarda müşahidə olunan bəzi istefaları şərh edərkən bildirib.
|