 Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisi ilə bağlı, müşahidəçilər üçün 30 min tirajla yaddaş kitabçası çap etdirib. Bu barədə çərşənbə günü TrendNews - a MSK - nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Sarıyev bildirib ki, Azərbaycan dilində nəşr olunmuş yaddaş kitabçasında müşahidəçilərin fəaliyyət prinsipləri, onların hüquqları, qadağan olunan hərəkətləri ilə bağlı məlumat verilir. Müşahidəçilər kitabı MSK- dan və dairə seçki komissiyalarından əldə edə bilərlər. /Trend/
|