
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin “İlhamla irəli” seçki-təşviqat kampaniyası ilə bağlı partiyanın icra katibliyi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq keçirilən kütləvi aksiyaların ilkin mərhələsinə yekun vurulub. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, kampaniyanın ilk on günü ərzində keçirilən mitinq-görüşlər və kütləvi aksiyalarda səsvermə hüququna malik Azərbaycan vətəndaşlarının böyük bir qismi iştirak edib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq mitinq-görüşlər və kütləvi aksiyalar yerli icra hakimiyyətlərinin müəyyənləşdirdiyi ünvanlarda keçirilib. Görüş və mitinqlərdə namizədin vəkilləri, YAP rəhbərliyi, YAP-çı millət vəkilləri yaxından iştirak edib. Bu müddətdə Goranboy, Qubadlı, Sabunçu, Şuşa, Zəngilan, Yasamal, Binəqədi, Əzizbəyov, Qaradağ, Suraxanı, Nərimanov, Səbayel, Nəsimi, Nizami rayonlarında seçicilərlə görüşlər olub. /APA/