
Prezidentliyə namizəd Fazil Qəzənfəroğlu 27 sentyabr Sumqayıtda seçicilərlə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilən görüşdə namizədin vəkili Elxan Şükürlü seçicilərə F. Qəzənfəroğlunun siyasi fəaliyyəti barədə məlumat verib.
F. Qəzənfəroğlu isə çıxışında seçicilərə öz seçki platforması barədə geniş məlumat verib.
Namizədin növbəti görüşü sabah Gəncə seçiciləri ilə təşkil olunacaq. /APA/