
Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli seçkilərin təbliğat təşviqat kampaniyası çərçivəsində Lənkəran və Masallı seçiciləri ilə görüş keçirib. APA-nın məlumatına görə, Lənkəranda keçirilən görüş Olimpiya Kompleksində baş tutub. Görüşdə Q. Əlibəylinin vəkilləri İltifat Rəhimov, Qorxmaz İbrahimli çıxış edib, namizədin həyat və fəaliyyəti barədə məlumat veriblər.
Q. Əlibəyli isə AXCP-dən istefa verməsi və prezident seçkilərinə qatılmasının səbəbləri ilə seçiciləri tanış edib. O, əhalini seçkidə fəal iştirak etməyə çağırıb. Masalılarla isə görüş Mədəniyyət Evində keçirilib. Burada da vəkillər və namizəd özü çıxış edərək seçiciləri seçkiyə çağırıblar.
/APA/