
Sentyabrın 26-da Salyan rayonunda prezidentliyə namizəd Hafiz Hacıyev seçicilərlə görüş keçirib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon 50 saylı Dairə Seçki Dairəsinin sədri Səlamət Kərimov məlumat verib.
Onun bildirdiyinə görə, Salyan rayon “Babək” kinoteatrında baş tutan görüşdə Hafiz Hacıyev seçicilərə özünün seçki platforması barədə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Görüşü ATƏT nümayəndələri də müşahidə edib.
/APA/