
Azərbaycanın prezidentliyə namizədi, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində sentyabrın 28-də (paytaxt Bakıdan 365 kilometr qərbdə) Gəncədə seçicilərlə görüş keçirəcək. Bu barədə cümə günü Trend News-a Gəncə şəhər İcra Hakimiyyətinin İçtimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Ruslan Qardaşov məlumat verib.
Qardaşovun bildirdiyinə görə, Qəzənfəroğlunun Gəncədə görüş keçirməsi üçün artıq yer müəyyən olunub. Prezidentliyə namizəd Gəncənin Füzuli parkında yerləşən qapalı yerdə görüş keçirəcək. Seçicilərlə görüşün təhlükəsizliyi üçün hər bir şərait yaradılıb.
Onun bildirdiyinə görə, ümumilikdə Gəncədə namizədlərin görüş keçirmələri üçün 80 yer ayrılıb ki, onlardan da 42-si qapalı, 38-i isə açıq şəraitdədir. /Trend/