
Mərkəzi Seçki Komissiyası (MSK) prezidentləri namizəd, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə müraciət edib. APA-nın məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, F. Əliyev təşviqat şəkillərində rekvizitləri göstərməyib. A. Sarıyev bildirib ki, bu qanunun müddəalarına ziddir və müraciətdən sonra F. Əliyevin həmin şəkilləri öz partiyası tərəfindən təbliğat lövhələrindən yığışdırılır, onun yerinə isə rekvizitlər göstərilən yeni şəkillər yapışdırılır. A. Sarıyevin sözlərinə görə, prezidentliyə namizədlər çap etdirdikləri bütün təşviqat materiallarının bir nüsxəsini MSK-ya təqdim edirlər. O seçkiyə qatılmış 7 namizədin 6-nın artıq bu materialları quruma təqdim etdiyini bildirib. Yalnız Qulamhüseyn Əlibəyli hələlik heç bir təşviqat materialı çap etməyib. /APA/