
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında prezidentliyə iki namizədin vəkillərini qeydə alıb.
Müxalifəti təmsil edən Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyevin 40, Azərbaycan Liberal Demokrat Partiyasının prezidentliyə namizədi Fuad Əliyevin 30 vəkili qeydə alınıb.
İclasda MSK sədri Məzahir Pənahov bildirib ki, prezident seçkisini izləmək üçün seçki komissiyaları tərəfindən indiyədək 25 023 müşahidəçi qeydə alınıb; 15 087 nəfər siyasi partiyalar, 7726 nəfər QHT nümayəndələri, 2310 müşahidəçi isə öz təşəbbüsü ilə prezident seçkisini izləyəcək», - deyə Pənahov bildirib.
Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10 gün, dairə seçki komissiyalarında isə, 5 gün qalmış başa çatır. /Trend/