
Göyçay rayonunda prezidentliyə namizəd, BAXCP sədri Qüdrət Həsənquliyevin seçicilərlə görüşü keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, görüşü BAXCP-nin rayon təşkilatının sədri, namizədin vəkili Bəxtiyar Zeynalov açaraq, Q. Həsənquliyevin siyasi konsepsiyası, seçki platforması barədə məlumat verib. Q. Həsənquliyev Azərbaycanın rayonlarında, o cümlədən Göyçayda mövcud olan sosial-iqtisadi problemlərdən danışaraq onların həlli yollarını göstərib. Prezidentliyə namizəd Dağlıq Qarabağ probleminin həlli istiqamətində, təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində görülməli olan işlər barədə fikirlərini açıqlayıb.
BAXCP sədri rayonlarda namizədlərin təbliğatı üçün kifayət qədər şərait yaradılmadığını bildirib, görüş keçirilən rayon İstehsal-istehlak Kooperativ Cəmiyyətinin zalının şəraitsiz olduğunu da qeyd edib.
Q. Həsənquliyev seçicilərin suallarını cavablandırıb. Seçicilər şikayət məktublarını prezidentliyə namizədə təqdim ediblər. /APA/