Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Ekspertlər prezidentliyə namizədlərin foto-plakatlarını dəyərləndiriblər
'Ekspertl601;rPrezident seçkilərinin təbliğat kampaniyasına sentyabrın 17-dən start verilib. Artıq namizədlərdən beşinin foto-plakatları ölkə üzrə təyin olunan yerlərə vurulub. Azərbaycanın bəzi seçki texnoloqlarının foto-plakatların seçiciləri cəlb etmək baxımından nə qədər əhəmiyyətli olması ilə bağlı çox fərqli fikirləri var.

Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət Mərkəzinin rəhbəri Eldar İsmayılov APA-ya açıqlamasında deyib ki, Azərbaycanda foto-plakatlar seçkidə uğur qazanmaq üçün elə bir əhəmiyyət kəsb etməsə də, seçicilərə təqdim olunan şəkillər arasında ən cəlbedicisi İlham Əliyevin foto-plakatlarıdır. E. İsmayılovun sözlərinə görə, digər foto-plakatlarda xüsusi orijinallıq yoxdur.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə namizədlərin foto-plakatlarını “tanışlıq baxımından yaxşı şəkillər” kimi səciyyələndirib: “İlham Əliyevin şəkilləri foto effekt baxımından yaxşıdır. Amma yaxşı olardı ki, bütün foto-plakatlarda namizədin platformasını əks etdirən şüarın olması da məqbul olardı. Bu baxımdan, məncə Qüdrət Həsənquliyevin foto-plakatı uğurludur”. Ə. Nuriyev bildirib ki, fotolar namizədin həm fəaliyyətini, həm də vədlərini özündə əks etdirə bilər: “Təəssüf ki, bu fotolar cəmi 5-7 faiz seçiciləri özünə cəlb edə bilir”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə deyib ki, hər hansı namizəd seçkiyə qatılmazdan əvvəl 3 meyarı nəzərə almalıdır. Bunlar vaxt, insan resursu və puldur: “Seçki təbliğatı başlasa da cəmi 4-5 namizədin şəkilləri cəmiyyətə təqdim olunub. Bu onu göstərir ki, bəzi namizədlər prosesə ciddi hazırlaşmayıblar. Şəkillərin cəlbediciliyi də yüksək səviyyədə deyil. Xüsusi texnologiyalardan istifadə olunmayıb. Namizədlərdən İlham Əliyevin və Qüdrət Həsənquliyevin foto-plakatları uğurlu seçilib”. M. Zülfüqarlı namizədlərin təbliğat fəaliyyəti ilə bağlı monitorinq apardıqlarını da söyləyib.

Azərbaycan Reklamçılar İttifaqının sədri Hacəmi Atakişiyev isə namizədlərin foto-plakatlarını peşəkar baxımdan səciyyələndirib: “İlham Əliyevin foto-plakatı təqdimat baxımından uğurlu seçilib. Burada heç bir əlavə komponentlərdən istifadə edilməyib və o, bununla demək istəyir ki, bu, Mənəm. Bu baxımdan İlham Əliyevin plakatı effektlidir. Digərlərində isə süni elementlər mövcuddur. Bu daha çox İqbal Ağazadə, Qüdrət Həsənquliyev və Fazil Qəzənfəroğlunun foto-plakatlarında özünü göstərir. Fazil Qəzənfəroğlunun plakatı isə düzgün seçilməyib. Burda daha çox turist elementləri var. Pencəyi qolunda, arxada isə qədim şəhər”. H. Atakişiyevin sözlərinə görə, siyasi reklamda şəxs təqdim olunmalıdır: “Siyasi reklamda şəxsin təqdimatı konkret olmalıdır. Çünki ətrafında olan komponentlər fikri yayındırır”.

Reklam meneceri Nadir Bədəlovun fikrincə, plakatlar beynəlxalq standartlara cavab vermir: “Birincisi, prezidentliyə namizədin fotosu cəmiyyətə A2 formatında təqdim olunmamalıdır. Fotolar isə özlüyündə pis deyil. Məncə, namizədlər arasında yalnız İlham Əliyevin cəmiyyətlə tanışlığa ehtiyacı yoxdur. Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev fotoları siyasi reklamçılıq baxımından adidir. İqbal Ağazadənin foto-plakatındakı görüntü və şüarla bağlı müsbət tapıntılar var”. N. Bədəlovun sözlərinə görə, adi seçici üçün bu plakatlar arasında fərq yoxdur: “Özünü cəmiyyətə tanıtmaq istəyənlər üçün isə bu bir şansdır”. N. Bədəlov deyib ki, Avropada keçirilən seçkilərdə iştirak edən namizədlər foto-plakatlarında daha iri və özündə siyasi məqamları ehtiva edən elementlərə üstünlük verirlər. /APA/


Èñòî÷íèê: avciya.az
Tarix: 26 Sentyabr 2008   |  Oxunub: 212 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net