 Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK), Xarici İşlər Nazirliyi və Milli Məclis oktyabrın 15-də keçiriləcək prezident seçkilərinin müşahidəsini aparmaq üçün bir sıra beynəlxalq təşkilata rəsmi dəvət göndərib. Bu barədə APA-ya MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. Onun sözlərinə görə, ATƏT, ATƏT-in Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Avropa Şurasının Parlament Assambleyası dəvətlilər sırasındadır.
|