 Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) təşkilatçılığı ilə Lənkəranda prezident seçkiləri ilə bağlı maarifləndirici seminar – treninq keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, bölgədə fəaliyyət göstərən siyasi partiyaların, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldığı ikigünlük tədbirdə BRİ-nin Azərbaycandakı siyasi proqramlar üzrə rəhbəri Tural Əhməd çıxış edərək seminarın əsas məqsəd və prinsiplərindən söz açıb.
|