 Azərbaycanda daha iki nəfər prezidentliyə namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, “Mədəniyyət” qəzetinin məsləhətçisi Teymur Quliyev və “Ekspertiza” qəzetinin baş redaktoru Süleyman Quliyev namizədliklərinin təsdiq olunması üçün bu gün MSK-ya müraciət ediblər. Qanuna müvafiq olaraq 5 gün müddətində adıçəkilən şəxslərin müraciətinə baxılıb cavab veriləcək.
|