 “Qulamhüseyn Əlibəylinin AXCP-dən istefa verməsinə təəssüflənir, bunu həm özüm, həm də partiya üçün itki hesab edirəm”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib. O, Q. Əlibəylinin istefasına baxmayaraq, partiyanın öz siyasi xəttinə sadiq qaldığını qeyd edib: “Biz öz siyasi xəttimizdə, tutduğumuz mövqedə israrlıyıq. Bu yolda itkilərə, məhrumiyyətlərə, təzyiqlərə məruz qalsaq da, öz siyasi xəttimizi davam etdirəcəyik”.
|