
Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərində istifadə olunacaq gözlə görünməyən mürəkkəb və detektorlar Danimarkadan alınacaq. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. Onun sözlərinə görə, mürəkkəb və detektorlarla bağlı artıq Danimarkanın müvafiq firmasına sifariş verilib. O, avadanlıqların sentyabrın sonunda Azərbaycana gətiriləcəyini deyib. R. Qasımov onu da bildirib ki, 2005-ci il parlament seçkilərində alınmış mürəkkəb və detektorların istifadə müddəti başa çatdığı üçün onlardan istifadə olunmayacaq. /APA/