
“Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM” Azərbaycanda qarşıdakı prezident seçkisində müşahidəçilərin monitorinq missiyasını yaradır.
Azərbaycan XİN oktyabrın 15 -nə təyin edilən prezident seçkisinə müşahidəçilər missiyası göndərmək üçün GUAM-a dəvət göndərib.
“Biz təşkilata üzv bütün ölkələrə dəvət göndərmişik və hazırda namizədlərin təqdim edilməsini gözləyirik. Müşahidəçilər Gürcüstan, Ukrayna və Moldova parlamentarilərindən olacaqlar”, - GUAM-ın Baş katibi Valeri Çeçelaşvili bildirib. Müşahidəçilər missiyasına GUAM-ın Baş katibi başçılıq edəcək.. /Trend/