 Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib. Partiya sədrinin müavini Elxan Şükürlü APA-ya bildirib ki, İ. İsmayılov oğlu Etimad İsmayılovun Rusiyada həbsi ilə əlaqədar hazırda Moskvada olduğundan seçki kampaniyasında iştirak etmək imkanı yoxdur: “İlyas İsmayılov seçkilərə namizəd olaraq qatılmaq fikrində idi, lakin Etimad İsmayılovun həbsi onun fikrini dəyişməsinə səbəb oldu”.
|