 Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı 4 qeyri-hökumət təşkilatı “Seçki 2008” adlı QHT Koalisiyası yaradıb. APA-nın məlumatına görə, koalisiyaya “İnam” Plüralizm Mərkəzi, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi daxil olub. Koalisiyanın koordinatoru, “İnam” Plüralizm Mərkəzinin direktoru Vahid Qazi bildirib ki, Azərbaycanda keçirilən seçkilərin heç birində bu ilki qədər passivlik olmayıb.
|