
Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı namizədlərin imza toplama kampaniyası üçün müəyyən edilmiş müddət dünən başa çatıb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, namizədlər topladıqları imzaları və digər seçki sənətlərini Təqvim Planına uyğun olaraq bu gün saat 18.00-a qədər MSK-ya təqdim ediblər. Bundan sonrakı mərhələdə isə MSK qanunda nəzərdə tutulmuş müddətdə seçici imzalarını yoxlayacaq və müraciət etmiş şəxslərin namizədliyinin qeydə alınıb - alınmaması barədə qərar qəbul edəcək.
Qeyd edək ki, hələlik iki nəfərin – hazırkı prezident İlham Əliyev və Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alınıb. /APA/