
Azərbaycanda keçiriləcək prezident seçkisində iştirak etmək üçün öz namizədliyini irəli sürən Qulamhüseyn Əlibəyli imzatoplama kampaniyasını başa çatdırıb.
«Cümə günü imzaları Mərkəzi Seçki Komisiyasına təqdim edəcəyik» - cümə axşamı Trend News-a müxalifəti təmsil edən Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəylinin seçki qərargahının rəhbəri Qorxmaz İbrahimli bildirib.
İbrahimli qeyd edib ki, 50 minə yaxın imza toplayıblar: «Hazırda topladığımız imzaları yoxlayırıq və sabah bunu başa çatdıracağıq. İmzalar Azərbaycanın bütün bölgələrindən toplanıb». /Trend/