
Azərbaycan prezidentliyinə dörd iddiaçı namizədliyini geri götürüb. “"Mədəniyyət" qəzetinin məsləhətçisi Teymur Quliyev, Təhsil Nazirliyinin elmi - metodik jurnalının şöbə redaktoru Fikrət Əhədov, “Ekspress” qəzetinin əməkdaşı İntiqam Məmmədov və Fizika-riyaziyyat elmləri doktoru Qüdrət İsaqov prezidentliyə namizədliklərini geri götürüblər", - Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov cümə axşamı jurnalistlərə bildirib.
Məmmədovun sözlərinə görə, Teymur Quliyev Cənubi Qafqazda vəziyyətin mürəkkəbləşdiyini, Fikrət Əhədov və isə İntiqam Məmmədov, namizədliyin qeydə alınmasına tələb olunan 40 min imzanı toplaya bilmədiklərini, Qüdrət İsaqov namizədliyini indiki prezident, Yeni Azərbaycan Partiyasının ali dövlət postuna namizədi İlham Əliyevin lehinə namizədliyini geri götürməsinin səbəbi kimi göstəriblər. Hər dörd ərizəyə baxıldıqdan sonra, MSK adı çəkilən şəxslərin namizədliyinin ləğv olunması barədə qərar qəbul edib. /Trend/