
Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, yığıncaqda quruma üzv olmaq istəyən partiyaların müraciətlərinə baxılıb və qurumun tərkibinin genişlənməsi məsələsi məqsədəuyğun hesab edilib. Sədrlər Şurasının qərarına əsasən, Böyük Azərbaycan Partiyası (BAP) DUİ-yə üzv qəbul olunub. Yığıncaqda ölkədəki ictimai-siyasi proses, seçki mühiti də müzakirə edilib. Qeyd edək ki, DUİ 2007-ci ildə AMDP, KXCP və Azadlıq Partiyaları tərəfindən təsis olunub. BAP isə 2002-ci ildə yaradılıb, partiyanın sədri Elşad Musayevdir. /APA/