
Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 15-də keçiriləcək prezident seçkisinin səsvermə yeri və vaxtı ilə bağlı bildirişlər hazırlayıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkədə 4 milyona yaxın seçici var və 5 milyon bildiriş hazırlanıb.
Bildirişlər Milli Məclisin mətbəəsində çap edilib. MSK-nın hazırladığı Təqvim Planına uyğun olaraq, bildirişlər aşağı seçki komissiyalarına, məntəqə seçki komissiyaları isə səsvermə gününə 5 gün qalana kimi seçicilərə təqdim etməlidir. /APA/