
Müxalifət partiyalarının əməkdaşlıq mərkəzinin yaradılması barədə c bəyanat layihəsi artıq bir sıra partiyalar tərəfindən tam qəbul edilib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılının APA-ya verdiyi məlumata görə, “Azadlıq” blokuna daxil olan partiyalar, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası və “Azərbaycan Naminə” İctimai Forum bu həftənin sonu sənədə imza atacaqlar. Sənəddə hansı prinsiplərin yer aldığına gəldikdə, A. Hacılı bildirib ki, mərkəz oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı yaradıldığından seçkiyə münasibət də prioritet olaraq götürülüb. Açıq Cəmiyyət Partiyasının mərkəzə qoşulub-qoşulmayacağına gəldikdə, A. Hacılı bu barədə hələlik yekun fikir olmadığını bildirib: “ACP rəhbərlərindən bir-birinə zidd bəyanatlar gəlir. Ona görə də bu məsələ yaxın günlərdə öz həllini tapacaq”./APA/