
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin imza vərəqələri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib. Partiyadan APA-ya verilən məlumata görə, MSK-ya 44190 imza verilib.
İmzatoplama kampaniyası seçki dairələrinin əksəriyyətini əhatə edib.
Qeyd edək ki, prezidentliyə namizədliyi irəli sürülənlərdən 2 nəfərin – İlham Əliyev və İqbal Ağazadənin namizədliyi rəsmi qeydə alınıb. /APA/