
Oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə namizədliyin irəli sürülməsi üçün müəyyən olunmuş müddət sentyabrın 5-də başa çatacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinin 58.1 maddəsinə uyğun olaraq avqustun 11-dən namizədlərin seçki sənədlərinin qəbuluna başlanıb və həmin qanunun 94.3.1 maddəsinə uyğun olaraq sentyabrın 5-də saat 18.00-da namizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi dayandırılacaq.
Bu vaxta qədər isə MSK-da 20 nəfərin namizədliyi təsdiq olunub və onlara imza vərəqələri verilib. Cəmi 5 namizəd imza vərəqələrini geri qaytarıb ki, onların da 2-nin – İlham Əliyev və İqbal Ağazadənin namizədliyi qeydə alınıb. /APA/