
Naxçıvan 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin yeni inzibati binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyasından (MSK) APA-nın yerli bürosuna verilən məlumata görə, 3 mərtəbədən və 13 iş otağından ibarət binada deputat köməkçiləri və müşahidəçilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bina lazımi texniki avadanlıqlarla, həmçinin, şəffaf seçki qutuları, barmağa vurulan mürəkkəb və aşkarlayıcı detektorlarla təmin edilib, tədbirlərin keçirilməsin üçün 108 yerlik zal inşa olunub.
Qeyd edək ki, indiyədək Naxçıvan MR-in bölgələrində fəaliyyət göstərən 6 Seçki Dairəsinin hər biri müasir tələblərə cavab verən yeni inzibati binalarla təmin olunub. Bu ayın sonuna qədər 4 saylı Naxçıvan şəhər Seçki Dairəsinin yeni binası da istifadəyə veriləcək.
Əlavə edək ki, MR üzrə 7 Seçki Dairəsi 275 seçki məntəqəsini əhatə edir. /APA/