
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası seçkiqabağı vəziyyəti öyrənmək üçün sentyabrın 16 - dan 18 - dək Azərbaycanda səfərdə olacaq.
«Azərbaycana gələcək AŞ PA missiyası beş nəfər ekspertdən ibarətdir» - bazar ertəsi telefonla Trend News-a Strasburqdan Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Arif Məmmədov bildirib.
Məmmədov qeyd edib ki, AŞPA müşahidəçiləri MSK rəhbərliyi, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşəcəklər. /Trend/