 Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinə yeni sədr seçilməsi partiyanın qurultayına qədər təxirə salına bilər. «Biz çalışırıq ki, bu ilin sonuna kimi qurultayımızı keçirək. Qurultayda Ali Məclis üzvləri yenidən seçiləcək və bu baxımdan, Ali Məclisə sədr seçkisi qurultayda baş tuta bilər» - deyə çərşənbə günü Trend News-a AXCP-nin sədr müavini Fuad Müstafayev bildirib. AXCP-nin Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli ötən həftənin cümə günü partiyadan və tutduğu vəzifədən istefa verib.
|