
“Müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı danışıqlarda 7 təşkilat iştirak edir. Hələlik digər partiyaların bu prosesə qoşulması nəzərdə tutulmayıb”. Bunu APA-ya açıqlamasında müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı məsləhətləşmələrdə iştirak edən “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov deyib. Onun sözlərinə görə, danışıqların tezliklə yekunlaşdırılması nəzərdə tutulsa da, hələlik bu, mümkün olmayıb: “Şəxsən bizim tərəfimizdən heç bir problem yoxdur. Başqa partiyalarla danışıqlar isə hələ yekunlaşmayıb. Bütün hallarda müzakirələrin qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulub”.
Qeyd edək ki, əməkdaşlıq mərkəzində “Azadlıq” blokuna daxil olan AXCP, ALP və VİP, bloka daxil olmayan Müsavat, Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi partiyaları və “Azərbaycan Naminə” İctimai Forumun təmsil olunması nəzərdə tutulub.
/APA/