
Daimi qeydiyyatda olduğu ərazidə səsvermədə iştirak edə bilməyən seçicilər sabahdan başlayaraq Dairə Seçki Komissiyalarından (DSK) qeydiyyatdan çıxma vəsiqəsi ala bilərlər. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onu sözlərinə görə, qurumun qəbul etdiyi Təqvim Planına uyğun olaraq seçkilərə 45 gün müddət qaldığı vaxtdan seçicilər qeydiyyatdan çıxma vəsiqəsi götürə bilərlər. MSK sədri sentyabrın 15-dən ali məktəblərdə dərslərin başladığını əsas gətirərək onların öz ərazilərində səs vermək imkanının olmadığını vurğulayıb. Buna görə də tələbələrə müraciət edən M. Pənahov onları qeydiyyatdan çıxma vəsiqəsi almağa çağırıb. O, həmçinin ölkədəki məcburi köçkünlərin də analoji problemlə qarşılaşdığını deyib və onları da qeydiyyatdan çıxma vəsiqəsi almaq üçün seçki komissiyalarına müraciət etməyə dəvət edib.
/APA/