
Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının rəhbəri, Sloveniyanın keçmiş xarici işlər naziri Boris Fırles Bakıya gəlib.
APA-nın məlumatına görə, B. Fırleslə birgə missiyanın əsas üzvləri olan daha 7 müşahidəçi də artıq Azərbaycandadır.
Missiya üzvləri seçkiqabağı mühiti öyrənmək üçün bu gündən Azərbaycan rəsmiləri, o cümlədən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşlərə başlayırlar.
Uzunmüddətli müşahidəçilərin qərargahı rəsmi olaraq sentyabrın 7-dən fəaliyyətə başlayacaq. Seçkilərə kimi uzunmüddətli müşahidəçilərin sayı 30-a çatacaq. Seçkilər günü ATƏT-i təmsil edən müşahidəçilərin ümumi sayı isə 460 nəfər təşkil edəcək.
Onlar ölkənin bütün bölgələrində müşahidə aparacaqlar. /APA/