
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkisinin səsvermə yeri və vaxtı barədə seçiciləri məlumatlandırmaq üçün bildirişlər hazırlayıb. Bu barədə bazar ertəsi Trend News-a MSK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hazırlanan 5 milyon bildiriş məntəqə seçki komissiyalarına veriləcək, onlar isə bunları seçicilərə paylayacaq. /Trend/