
Maliyyə çatışmazlığı səbəbindən nəşrində fasilə yaranmış «Müxalifət» qəzeti fəaliyyətini bərpa edir.
Qəzetin baş redaktoru Rövşən Kəbirli bazar ertəsi Trend News-a bildirib ki, qəzet həftənin şənbə günü - sentyabrın 6-da satışda olacaq.
1991-ci ildən nəşr olunan “Müxalifət” qəzeti həftədə 1 dəfə çap olunur. Qəzetin sonuncu nömrəsi bu il iyunun 28-də çapdan çıxıb. /Trend/