
Sentyabrın 2-dən etibarən Azərbaycanın İctimai Televiziyası və rəsmi qəzetlər vasitəsilə seçicilərin, aşağı seçki komissiyaları üzvlərinin və digər seçki subyektlərinin maarifləndirilməsi ilə bağlı proqramın ikinci mərhələsinə başlanılacaq. «Bu mərhələdə MSK üzvləri qeydiyyatdançıxma vəsiqələrindən tutmuş seçkilərin yekunlarının və səsvermənin nəticələrinin dərc edilməsi daxil olmaqla, çeşidli mövzularda çıxış edəcəklər», cümə axşamı Trend News-a MSK-nın mətbuat xidmətindən bildirilib.
MSK-dan o da bildirilib ki, aşağı seçki komissiyaları üzvlərinin və digər seçki subyektlərinin maarifləndirilməsi ilə bağlı proqramın birinci mərhələsi bu ayın əvvəllərində başlanılıb. Artıq MSK-nın İctimai Televiziya və rəsmi dövrü nəşrlər vasitəsilə gerçəkləşdirdiyi proqramın birinci mərhələsi yekunlaşmaq üzrədir və MSK ikinci mərhələni həyata keçirməyə hazırlaşır. /Trend/