
Müsavat Partiyası kütləvi aksiyaların keçirilməsi ilə bağlı müzakirələri dayandırıb. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, buna səbəb müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaranması ilə bağlı bir seçkilərdə iştirak etməyən partiyalar arasında başlayan müzakirələrdir. A. Hacılı bu ərəfədə ayrıca aksiyanın keçirilməsinə ehtiyac görmədiyini deyib: “Hələlik mərkəzin yaranması ilə bağlı məsləhətləşmələr davam edir və belə bir fikir var ki, bu mərhələdə kütləvi aksiyaların bu əməkdaşlıq mərkəzinin təşkilatçılığı altında keçirilməsi daha məqsədəuyğundur”./APA/