
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev və partiyanın funksionerləri beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbərlərinin təşəbbüsü ilə bir sıra görüş keçiriblər. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk görüş ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutun Bakı ofisində keçirilib.
Görüşdə BAXCP-nin səlahiyyətli nümayəndələri seçkilərlə bağlı bir sıra məsələlər ətrafında müzakirələr aparıblar. Daha sonra ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Arjen de Vulff BAXCP sədri ilə görüşüb. Partiyanın seçkilərə hazırlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /APA/