
Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi gün - oktyabrın 15-i qeyri-iş günüdür. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib. Onun sözlərinə görə, səsvermə iş gününə - çərşənbəyə təsadüf etsə də, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab edilmir.
Qeyd edək ki, Konstitusiyanın 100-102-ci maddəsinə görə, Azərbaycanda prezident seçkiləri 5 ildən bir, prezidentin səlahiyyət müddəti başa çatdığı ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü keçirilir. /APA/