 Azərbaycanın müxalif Müsavat Partiyasının üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru hesab edir ki, seçkidə iştirakdan imtina edən partiyaların birgə sammiti keçirilməlidir. «Müsavat hələ bir neçə ay bundan əvvəl də belə bir sammitin keçirilməsi təklifini vermişdi, amma bu təklif o zaman reallaşmadı. İndi proseslər müxalifətin sammitinin təcili olaraq keçirilməsini zəruri edir», çərşənbə günü Trend News-a Rauf Arifoğlu bildirib.
|