 Azərbaycanın iqtidaryönlü Ana Vətən Partiyası (AVP) prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlayıb. «Mənim rəhbərliyim ilə seçkilərdə təbliğat-təşviqat dövründə hansı formada iştirak etmək, hansı metodlardan yararlanmaqla bağlı tədbirlər hazırlanıb. AVP seçkiləri müşahidə edəcək və bunun üçün partiya üzvləri ayrılacaq», çərşənbə axşamı Trend News-a AVP sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
|