 Avropa Şurası Parlament Assambleyası (AŞPA) bürosunun Parisdə keçiriləcək iclasında Azərbaycanda prezident seçkiləri öncəsi vəziyyət müzakirə oluna bilər. «Büronun gündəliyində Azərbaycanla bağlı məsələ yoxdur, lakin prezident seçkiləri öncəsi olduğuna görə müzakirələrin keçiriləcəyi istisna deyil». Bu barədə çərşənbə axşamı Trend News-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov bildirib.
|