 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 15-21 avqust tarixlərində altı rayonda prezident seçkiləri ilə bağlı təşkil etdiyi treninqlərin yekunlarını açıqlayıb. Yekunlara əsasən, treninqlər zamanı əksər Dairə Seçki Komissiyalarında müşahidəçilər üçün nəzərdə tutulmuş lövhəciklərin olmaması, müşahidəçilərdən qanunda nəzərdə tutulmayan sənədlərin tələb olunması kimi çatışmazlıqlar aşkarlanıb.
|