 “Azərbaycan Sosial Demokrat Partiyasının fəaliyyətinin zəifləməsini qəbul edirəm. Bu vəziyyət partiyadaxili problemlərlə bağlıdır. Həm də cəmiyyətdə partiyaya baxış dəyişilib, çoxlarını maddiyat düşündürür”. Bu açıqlamanı APA-ya ASDP-nin həmsədri, eks-prezident Ayaz Mütəllibov verib. Onun sözlərinə görə, ASDP-də seçkidə iştirak edib-etməməklə bağlı fikir ayrılığı yaranıb və partiyanın Mərkəzi Komitəsinin Plenumu da bu məsələyə aydınlıq gətirib: “Partiyada mənim təsir imkanlarımın zəifləməsi haqda deyilənləri də qəbul etmirəm.
|