 Azərbaycanın müxalif Açıq Cəmiyyət Partiyası (ACP) hesab edir ki, müxalif düşərgənin əksər partiyalarının prezident seçkilərində iştirakdan imtina qərarları seçkiqabağı şəraitlə bağlı deyil. «Mən seçkiqabağı şəraitin demokratiki olmaması kimi bəyanatları bəhanə hesab edirəm. Azərbaycan müxalifətinin seçkiləri boykot etməsi əvvəlcədən düşünülməyib və müəyyən bir taktika kimi ortaya çıxmayıb, sadəcə müxalifət bu yola getməyə məhkum olub», çərşənbə axşamı Trend News-a ACP-nin İdarə Heyətinin üzvü, partiya liderinin müşaviri Zəminə Dünyamalıyeva deyib.
|