 Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası arasında müxalifətin koalisiyasının yaradılması məqsədi ilə növbəti danışıqlar olub. Danışıqlarda AXCP tərəfdən partiya sədrinin müavini Fuad Mustafayev, Müsavat tərəfdən isə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı iştirak ediblər. F. Mustafayevin APA-ya verdiyi məlumata görə, bu gün keçirilmiş görüşdə müxalifət partiyalarının yaradacağı koalisiyanın məqsədləri barədə fikir mübadiləsi aparılıb.
|