 Azərbaycanın Mərkəzi Seçki Komissiyası çərşənbə axşamı Azərbaycan prezidentliyinə beş namizədin səlahiyyətli nümayəndələrini təsdiqləyib. Azərbaycanın Bütöv Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ümid partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycanın Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev və Yaşıllar Partiyasının sədri Mais Güləliyevin MSK- dakı səlahiyyətli nümayəndələri təsdiq edilib.
|