 Müxalifyönlü Azadlıq Partiyası oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak etməklə bağlı qərarını dəyişib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ali Məclisin bugünkü toplantısında prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edilib. Azadlıq Partiyası digər müxalifət təşkilatlarının seçkilərə qatılmadığını, demokratik seçki mühitinin olmadığını əsas gətirərək bu addımı atıb.
|