
Noyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərdə məntəqələrdə səsvermə bülletenləri sayılıb qurtarmamış 16 dairə qalıb. Bu barədə APA MSK-nın saytına istinadən məlumat verir. Həmin dairələrdə bu məqama olan məlumata görə aşağıdakı şəxslər irəlidədirlər:
1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov – 90,06% (35 məntəqədən 28-də bülletenlərin sayılması başa çatıb)
31 saylı Suraxanı I Seçki Dairəsi – Fərəc Quliyev – 36,59% (28/15)
51 saylı Qusar Seçki Dairəsi – Azər Badamov – 57,17% (62/60)
58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi – Rafael Hüseynov – 58,95% (43/41)
72 saylı Yardımlı-Masallı Seçki Dairəsi – Sabir Rüstəmxanlı – 64,93% (82/81)
78 saylı Lerik Seçki Dairəsi – İqbal Məmmədov – 67,17% (108/71)
83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi – Aqil Abbasov – 73,71% (42/31)
84 saylı Füzuli Seçki Dairəsi – Bahar Muradova – 64,98% (71/66)
113 saylı Şəki şəhər Seçki Dairəsi – Yaqub Mahmudov – 51,45% (27/20)
115 saylı Şəki kənd II Seçki Dairəsi – Cavanşir Feyziyev – 52,38% (42/39)
118 saylı Ağdam şəhər Seçki Dairəsi – Bəxtiyar Əliyev – 63,25% (44/21)
120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi – Astan Şahverdiyev – 58,83% (70/32)
121 saylı Laçın Seçki Dairəsi – Nazim Fərəcov – 68,15% (100/59)
123 saylı Kəlbəcər Seçki Dairəsi – Cavid Qurbanov – 81,61% (61/49)
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsi – Elman Məmmədov – 63,62% (76/45)
125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi – İmamverdi İsmayılov – 60,22% (51/50)
APA